Xəzər Xəbər

Messi "Barselona" prezidentinin istefasını tələb edir

İdman | 12:27 • 7 Fevral 2020
Messi "Barselona" prezidentinin istefasını tələb edir

Lionel Messi "Barselona”nın prezidenti Xosep Bartomeunun istefa verməsini istəyir.


Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, argentinalı futbolçu Çavi Ernandesin baş məşqçiliyə gətirilməsini arzulayır.


Xatırladaq ki, bir neçə gün əvvəl Messi klubun idman direktoru Erik Abidalın bəzi futbolçuların Valverdenin dövründə oyuna can yandırmadıqları iddiasına sərt reaksiya vermişdi. O, fransız funksionerdən faktlarla danışmağı tələb etmişdi.

Xəbər lenti