Xəzər Xəbər

“Real Madrid” “Real Sosyedad”a uduzub

İdman | 08:34 • 7 Fevral 2020
“Real Madrid” “Real Sosyedad”a uduzub

İspaniya kubokunun dörddəbir final mərhələsində "Real Madrid” öz meydanında "Real Sosyedad”ı qəbul edib.


Xezerxeber.az xəbər verir ki, "Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə meydan sahibləri 4:3 hesabı ilə məğlub olub.


"Real Sosyedad”dan Martin Edeqor, Aleksandr İsak (2) və Mikel Merino fərqlənib. "Real Madrid”də isə 18 yaşlı hücumçu Rodriqo, müdafiəçi Marselo və Naço rəqibin qapısına yol tapa biliblər. Bununla da "Real Sosyedad” İspaniya kubokunun yarımmfinal mərhələsinə adlayıb.


Dörddəbir finalın digər görüşündə "Atletik Bilbao” komandası "Barselona” ilə üz-üzə gələcək. Bu oyundan sonra bütün yarımfinalçılar müəyyənləşəcək. Final matçı aprelin 18-də Sevilyada olacaq.


Xatırladaq ki, bu mövsüm "Real Madrid” La Liqa, ölkə kuboku və UEFA Çempionlar Liqasında heç vaxt öz meydanında məğlub olmayıb. Madrid komandası Fransada "Paris Sen-Jermen” və İspaniyada "Malyorka”ya uduzub.

Xəbər lenti

Çox oxunanlar