Xəzər Xəbər

Messi “Barselona”dan gedir? – Şok iddia

İdman | 17:04 • 6 Fevral 2020
Messi “Barselona”dan gedir? – Şok iddia

"Barselona” klubunun hücumçusu Lionel Messi komandadan gedə bilər.

Bu barədə İtaliyanın "Gazzetta dello Sport” qəzeti məlumat yayıb.

Məlumata görə, 32 yaşlı futbolçu klubda baş verən bütün çətinliklərə görə günahlandırılmasından bezib və buna görə çox əsəbiləşib.

Qəzet əlavə edib ki, argentinalı hücumçu yeni baş məşqçi Kike Setyenin məşq prosesindən də narazıdır.

Xəbər lenti