Xəzər Xəbər

"Barselona" axtarışa çıxdı: Dembele və Suaresin...

İdman | 15:35 • 6 Fevral 2020
"Barselona" axtarışa çıxdı:

"Barselona" futbol klubu heyətini yeni oyunçularla gücləndirmək istəyir.

Xarici KİV xəbər verir ki, komanda zədələnmiş Osman Dembele və Luis Suaresi əvəz etmək üçün yeni oyunçular axtarışına çıxıb.

Avropada transfer pəncərəsinin bağlanmasına baxmayaraq bu, kataloniyalılar üçün ağır kadr vəziyyətinə görə istisna ola bilər. Bu halda söhbət İspaniyada çıxış edən bəzi futbolçulardan gedir.

Hazırda "Barselona” "Xetafe”dəki Rodriqeslə, "Alaves”dəki Lukas Pereslə və "Betis”dəki İqlesiasla maraqlanır. Siyahıya həmçinin "Jirona”nın hücumçusu Kristian Stuani də daxildir.

Xəbər lenti