Xəzər Xəbər

Futbolsevərlərə ŞAD XƏBƏR: DÇ 2022-də...

İdman | 18:14 • 5 Fevral 2020
Futbolsevərlərə ŞAD XƏBƏR:

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası Rusiya təmsilçilərinin 2022-ci il Dünya Çempionatına qəbuledilməzliyini təsdiqləməyib.

Bu barədə TASS-a assosiasiyanın mətbuat xidmətindən informasiya daxil olub.

Antidopinq Agentliyinin (RUSADA) baş katibi Yuri Qanus agentliyə açıqlamasında Rusiya Futbol Federasiyasına WADA-dan Rusiya komandasının 2022-ci il Dünya Çempionatına qatılmaması ilə bağlı hər hansı bilgi daxil olmadığını deyib.

Qeyd edək ki, Qətərin "beIN Sports” televiziyası ötən gün tvitterdə Dünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya Dünya Çempionatına qatılmasını qadağan etdiyini bildirdiyini yazmışdı.

Xatırladaq ki, 9 dekabr 2019-cu ildə WADA Rusiya idmançılarının dopinqdən istifadəyə görə 4 il boyunca beynəlxalq idman yarışlarından kənarlaşdırılmasına qərar vermişdi. Qərar çərçivəsində idmançılar milli bayraqları altında Olimpiya Oyunlarına qatıla bilməz. Agentliyin rəsmisi Conatan Teylor sanksiyaların 2022-ci il Dünya Çempionatına da şamil ediləcəyini açıqlamışdı.

Çempionat 21 noyabr-18 dekabrda Qətərdə keçiriləcək.

2018-ci ildə DÇ-yə ev sahibliyi edən Rusiyanın millisi 1/8 finala qədər gedə bilmişdi.

Publika.az

Xəbər lenti