Xəzər Xəbər

Koronavirusun AVRO-2020-yə təsiri olmayacaq

İdman | 09:14 • 5 Fevral 2020
Koronavirusun AVRO-2020-yə təsiri olmayacaq

Çində yayılan koronavirusun yayda baş tutacaq Avropa çempionatına təsiri olmayacaq.


Bunu UEFA-nın nümayəndəsi Andreas Şar deyib.


O bildirib ki, qitənin 12 şəhərində keçiriləcək turnirlə bağlı hər hansı bir dəyişiklik gündəmdə deyil. UEFA-nın direktoru heç bir dəyişikliyin olmayacağını, hər şeyin plana uyğun şəkildə davam edəcəyini söyləyib.

Qeyd edək ki, 12 iyun - 12 iyul tarixləri aralığında keçiriləcək AVRO-2020-nin 4 matçı (3 oyun qrupda, 1 oyun 1/4 finalda) Bakı Olimpiya Stadionunda olacaq.

Xəbər lenti