Xəzər Xəbər

"Yuventus" Pyatsanı icarəyə verdi

İdman | 14:15 • 1 Fevral 2020
"Yuventus" Pyatsanı icarəyə verdi

"Yuventus" hücumçusu Marko Pyatsanı icarəyə verib.

Xorvat futbolçu"Anderlext"əkeçib. 24 yaşlı futbolçu mövsümün sonuna qədər Belçika klubunda çıxış edəcək. "Anderlext"in müqaviləni daha 1 il uzatmaq hüququ var.

"Anderlext" Almaniyanın "Ayntraxt" klubunun 20 yaşlı boosniyalı müdafiəçisi Deyan Yovelyiçi də mövsümün sonuna qədər icarəyə götürüb.

Pyatsa 2016-cı ildə Zaqreb "Dinamo"sundan 23 milyon avroya "Yuventus"a keçib. Turin təmsilçisi daha öncə Markonu "Fiorentina"ya icarəyə verib.

Xəbər lenti