Xəzər Xəbər

"Rayo Valyekano"nun futbolçusu "Qarabağ"a keçəcək?

İdman | 15:52 • 31 Yanvar 2020
"Rayo Valyekano"nun futbolçusu "Qarabağ"a keçəcək?

"Qarabağ" İspaniyanın "Rayo Valyekano" klubundan Xoni Montieli transfer hədəfinə alıb.

"Marca" xəbər verir ki, Ağdam klubu Madrid təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı futbolçunu icarəyə götürə bilər. Sequndada mübarizə aparan klub Montieli icarəyə verməyin əlehiniə deyil.

"Rayo Valyekano"nun yetirməsi 2019-cu ildə "Deportivo"da icarə əsasında oynayıb. Xoni Montiel İspaniyanın U-17, U-18 və U-19 millilərində çıxış edib. Xoni cari mövsüm 12 oyun keçirib.

Xəbər lenti