Xəzər Xəbər

Florentino Peres Zinəddin Zidanı fikrindən daşındırdı

İdman | 10:40 • 31 Yanvar 2020
Florentino Peres Zinəddin Zidanı fikrindən daşındırdı

İspaniyanın "Real Madrid” futbol klubu Pol Poqbanı transfer etməyəcək.

Klub prezidenti Florentino Peres baş məşqçi Zinəddin Zidanı bu fikrindən daşındırıb. Bildirilir ki, artıq "Mançester Yunayted” rəhbərliyi və məşqçi heyətinin də fransalı futbolçuya inamı azalıb. Sentyabr ayından zədəsini sağalda bilməyən Poqbanın bundan sonra toparlanıb özünə gələcəyinə ümidlər azdır.

Fransalı yarımmüdafiəçi bu mövsüm cəmi 8 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti