Xəzər Xəbər

Türkiyə millisinin hücumçusu Niderlandın “Feyenoord” klubuna transfer olub

İdman | 15:05 • 30 Yanvar 2020
Türkiyə millisinin hücumçusu Niderlandın “Feyenoord” klubuna transfer olub

Türkiyə millisinin və İstanbulun "Beşiktaş” komandasının hücumçusu Oğuzhan Özyakup Niderlandın "Feyenoord” klubuna transfer olub.


Xezerxeber.az xəbər verir ki, 27 yaşlı hücumçu yeni komandasında cari mövsümün sonunadək çıxış edəcək. O.Özyakub "Feyenoord”da 18 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, futbolçu 2012-ci ildən "Beşiktaş”da çıxış edir. O, cari mövsümdə İstanbul klubunun heyətində keçirdiyi 19 oyunda bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Xəbər lenti