Xəzər Xəbər

"Barselona" "Çelsi"nin futbolçusunu transfer edir

İdman | 14:35 • 30 Yanvar 2020
"Barselona" "Çelsi"nin futbolçusunu transfer edir

"Barselona" "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Villianı transfer hədəfinə alıb.

"Sky Sports" xəbər verir ki, kataloniyalılar bu transferi həll etmək üçün danışıqlara başlayıb. İspaniya nəhəngi braziliyalı futbolçunun keçidi üçün London təmsilçisinə 25 milyon avro təklif edib.

"Çelsi" mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunu satmağa müsbət yanaşır. Transfer pəncərəsinin son saatlarına kimi Villianın "Barselona"ya keçəcəyi gözlənilir.

31 yaşlı futbolçu bu mövsüm 30 oyunda 5 qol vurub, 5 assist edib.

Xəbər lenti