Xəzər Xəbər

Sergen Yalçın rəsmən "Beşiktaş"da

İdman | 11:57 • 30 Yanvar 2020
Sergen Yalçın rəsmən "Beşiktaş"da

Sergen Yalçının "Beşiktaş"a baş məşqçi təyin olunması rəsmiləşib.

XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Komanda yeni çalışdırıcının rəhbərliyi altında bu gün ilk məşqinə çıxıb.

Sergen Yalçın həm futbolçu həm də məşqçilik karyerasına İstanbul təmsilçisində başlayıb. Onun çalışdırdığı son komanda "Malatyaspor" olub.

Qeyd edək ki, S.Yalçın bir neçə gün öncə istefaya göndərilən Abdullah Avcının yerinə təyin olunub.

Xəbər lenti