Xəzər Xəbər

"Tottenhem" Lo Çelsonu birdəfəlik aldı

İdman | 12:47 • 29 Yanvar 2020
"Tottenhem" Lo Çelsonu birdəfəlik aldı

"Tottenhem” 2019-cu ilin yayında "Real Betis”dən icarəyə götürdüyü Covani Lo Çelsonun transfer hüququna yiyələnib.

 

London klubu əndəlüsiyalılara bu keçid üçün 32 milyon avro ödəyib. 23 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

 

Lo Çelso bu mövsüm "Tottenhem"də 20 oyunda 2 qol vurub.

Xəbər lenti