Xəzər Xəbər

"Herta" "Lion"un futbolçusunu 25 milyona transfer etdi

İdman | 12:53 • 28 Yanvar 2020
"Herta" "Lion"un futbolçusunu 25 milyona transfer etdi

Almaniyanın "Herta" klubu yeni transferini açıqlayıb.

Berlin təmsilçisi Fransanın "Lion" klubunun yarımmüdafiəçisi Lyuka Tuzarı transfer edib. Klub saytı 22 yaşlı futbolçu ilə uzun müddətli müqavilə imzalandığını açıqlayıb.

Tuzarın keçidi Bundesliqa klubuna 25 milyon avroya başa gəlib. Fransalı oyunçu "Herta"ya 2020-ci ilin iyulunda qoşulacaq.

Tuzar 2015-ci ildə "Valensyen"dən "Liona"a keçmişdi.

Xəbər lenti