Xəzər Xəbər

La Liqa klubunun hücumçusu "Qarabağ"da!

İdman | 15:27 • 20 Yanvar 2020
La Liqa klubunun hücumçusu "Qarabağ"da!

"Qarabağ"hücumçu almağa hazırlaşır.

Ağdam klubu İspaniyanın"Leqanes" klubunun hücumçusu Kvabena Ovusunun keçidində anlaşıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümünilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

Xəbər lenti