Xəzər Xəbər

Emre Can Liverpula qayıda bilər

İdman | 17:15 • 19 Yanvar 2020
Emre Can Liverpula qayıda bilər

"Everton”un baş məşqçisi Karlo Ançelotti "Yuventus”un yarımmüdafiəçisi Emre Can üçün 30 milyon funt ödəməyə hazırdır.

"Daily Mirror” məlumat yayıb ki, Emre Can "Yuventus”un baş məşqçisi Maurisio Sarrinin planlarına daxil deyil, ona görə də transferə açıqdır.

A seriyanın bu mövsümündə Emre Can yalnız iki dəfə start heyətdə yer alıb. Buna görəçox güman ki, özü də Turindən getməkdə maraqlı olmalıdır.

İddia edilir ki, Ançelotti hələ keçən il "Napoli”də çalışarkən Emreni öz komandasında görmək istəsə də, buna maddi imkanlar yol verməyib.

Hazırda "Everton”la yanaşı, "İnter” də Canla maraqlanır.

Qeyd edək ki, Emre Can əvvəl"Liverpul”da çıxış edib. Ona görə də, eyni şəhərin digər klubunun azarkeşlərinin onu necə qarşılayacağı haqqında ətraflı düşünməlidir.

Xəbər lenti