Braziliyanın "Atletiko” (Mineyro) klubu "Liverpul”dan icarəyə götürdüyü Allan Rodriqesi birdəfəlik transfer edib.
2019-cu ilin yayından "Atletiko”da icarədə olan 22 yaşlı braziliyalı yarımmüdafiəçi yeni klubu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. "Liverpul" bu satışdan 3 milyon avro qazanıb.
"Liverpul”a 2015-ci ildə Braziliyanın "İnternasional” klubundan transfer olunan Allan, İngiltərə təmsilçisində heç bir rəsmi oyuna çıxmayıb. 4,5 il ərzində yarımmüdafiəçi altı fərqli klubda - SJK (Finlandiya), "Sent-Trüden” (Belçika), "Herta”, "Ayntraxt” (hər ikisi Almaniya), "Apollon” (Kipr) və "Fluminense” (Braziliya) -icarədə olub.