Xəzər Xəbər

"Espanyol"dan 20 milyonluq transfer

İdman | 18:08 • 9 Yanvar 2020
"Espanyol"dan 20 milyonluq transfer

İspaniyanın "Espanyol" klubu "Benfika"nın hücumçusu Raul de Toması transfer edib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Kataloniya klubu bu keçid üçün Lissabon təmsilçisinə 20 milyon avro təzminat ödəyib.

"Real"ın yetirməsi ötən yayda "Benfika"ya keçmişdi. Raul 17 oyuna 3 qol vurmuşdu.

Xəbər lenti