Xəzər Xəbər

Dünyada transfer rekordu qırılır

İdman | 15:16 • 9 Yanvar 2020
Dünyada transfer rekordu qırılır

Bu mövsüm müdafiənin mərkəzində problemlər yaşayan "Mançester Siti" bu möqeyə yeni futbolçu cəlb etmək niyyətindədi.


Baş məşqçi Pep Qvardiola "Napoli"dən Xalidu Kulibalinin alınmasını istəyib.


Artıq "Mançester Siti" rəhbərliyi "Napoli"yə seneqallı futbolçu üçün 110 milyon ödəməyə hazır olduğunu bildirib. Onun müqaviləsindəki sərbəst qalma maddəsi məhz bu qədərdi.


Bu transfer baş tutsa, Kulibali dünyanın ən bahalı mərkəz müdafiəçisi olacaq. Hazırda rekord "Lester"dən "Mançester Yunayted"ə 87 milyon avroya transfer olunan Harri Maquyrə məxsusdu.


Qeyd edək ki, Kulibali 2014-cü ildə "Genk"dən "Napoli"yə 7,75 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 75 milyon avro qiymət qoyub. 28 yaşlı mərkəz müdafiəçisi cari mövsüm 20 oyunda meydana çıxıb.


Fanat.Az

Xəbər lenti