Xəzər Xəbər

İspaniya Super kubokunun ilk finalçısı müəyyənləşib

İdman | 08:41 • 9 Yanvar 2020
İspaniya Super kubokunun ilk finalçısı müəyyənləşib

Yanvarın 8-də İspaniya Super kubokunun ilk yarımfinal oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, ilk oyunda "Valensiya” komandası "Real Madrid”lə üz-üzə gəlib.


"Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:1 hesab ilə qələbə qazanıb. Zinəddin Zidanın rəhbərlik etdiyi kollektivdə Toni Kros, İsko və Luka Modriç fərqləniblər.


"Valensiya”nın isə yeganə qolunun müəllifi Daniel Parexo olub. Bu qələbə "Real Madrid”i finala yüksəldib.


Digər yarımfinal görüşü yanvarın 9-da Bakı vaxtı ilə saat 23:00-da "Barselona” və "Atletiko Madrid” klubları arasında baş tutacaq.


Qeyd edək ki, İspaniya Super kuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir. Turnirin final görüşü yanvarın 12-də reallaşacaq.

Xəbər lenti