Xəzər Xəbər

"Lester Siti" Çağların transfer qiymətini müəyyənləşdirdi

İdman | 17:00 • 8 Yanvar 2020
"Lester Siti" Çağların transfer qiymətini müəyyənləşdirdi

"Lester Siti"nin baş məşqçisi Brendan Rocers komandanın müdafiəçisi Çağlar Söyüncünün qış fasiləsində ayrılmayacağını açıqlayıb.

 

Türkiyəli futbolçu üçün "Mançester Siti" və başqa bir neçə klub təklif ünvanlayıb. "Tülkülər" Çağların transfer qiymətini 60 milyon avro təyin edib. Lakin klub rəhbərliyi qışda Türkiyə millisinin üzvünü satmayacaq.

 

Çağlar "Lester Siti"də vergilər xaric illik 1,7 milyon avro maaş alır. O, klubda ən az məvacib alan futbolçulardan biridir. "Lester Siti" türkiyəlinin illik maaşını 2,5 milyon avro etməklə yeni müqavilə təklif edəcək.

Xəbər lenti