"Qalatasaray" "Leyptsiq"in sol cinah müdafiəçisi Marselo Saraççini heyətinə qatıb.
XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçunu 1,5 illik icarəyə götürüb. "Sarı-qırmızılar" bu keçid üçün 500 min avro təzminat ödəyib. Futbolçu bu müddət ərzində 2,5 milyon avro maaş alacaq.
"Leyptsiq" uruqvaylı futbolçunu 2018-ci ildə "River Pleyt"dən 12 milyon avroya transfer etmişdi.