Xəzər Xəbər

Karius "Liverpul"a qayıdacaq

İdman | 14:38 • 7 Yanvar 2020
Karius "Liverpul"a qayıdacaq

"Beşiktaş"la mövsümün sonunda icarə müqaviləsi başa çatacaq Loris Karius "Liverpul"a qayıdacaq.

Bu barədə "Daily Mirror" məlumat yayıb.Buna səbəb klubun maliyyə cəhətdən zəif olmasıdır.Xəbərdə İstanbul təmsilçisinin 8 milyon avroluq satın alma şərtindən istifadə edə bilməyəcəyi qeyd edilib. Bu səbəbdən də Karius yayda "Liverpul"a qayıtmaq məcburiyyətində qalacaq.

26 yaşlı qolkiperin mersisaydlılarla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 2018-ci ildən "Beşiktaş"da çıxış edən Karius komandada 57 oyun keçirib. "Liverpul"2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer etdiyi qolkiperi gələcək planlarında görmür.

Xəbər lenti