Xəzər Xəbər

"Fənərbaxça" 34 yaşlı hücumçu üçün təklif yolladı

İdman | 17:56 • 6 Yanvar 2020
"Fənərbaxça" 34 yaşlı hücumçu üçün təklif yolladı

Hücum xəttinə daha bir oyunçu almaq istəyən "Fənərbaxça" "Alanyaspor"un futbolçusu Pappis Sisseni hədəfə alıb.

İstanbul təmsilçisi 34 yaşlı forvardı transfer etmək üçün təklif yollayıb. "Alanyaspor" təcrübəli simanın keçidi üçün müəyyən qədər pul istəyir. Tərəflər danışıqları davam etdirir.

Seneqallı hücumçu mövsümün ilk yarısında 12 qol vurub. Sisse "Mets", "Frayburq", "Nyukasl" kimi klublarda çıxış edib.

Xəbər lenti