Xəzər Xəbər

"Qalatasaray"ın keçmiş ulduzu şokda AEROPORTDAN QAYTARILDI

İdman | 15:05 • 6 Yanvar 2020
"Qalatasaray"ın keçmiş ulduzu şokda

"Qalatasaray" klubunda çıxışı ilə məşhurlaşan və hazırda Hollandiyanın PSV klubunda çıxış edən portuqaliyalı futbolçu Bruma passport problemi ilə üzləşib.

Komandası ilə birgə dövrələrarası fasilə ilə bağlı Qatara təlimə gedən futbolçu hava limanında geri qaytarılıb. Belə ki, Brumanın sənədində problemin olduğu üzə çıxıb və o, Hollandiyada qalmalı olub.

PSV klubu Qatara Brumasız getməli olub. Futbolçunun yoldaşlarına nə vaxt qoşulacağı hələlik məlum deyil.

Xəbər lenti