Xəzər Xəbər

Kasper Şmeyhel Danimarkada ötən ilin ən yaxşı futbolçusu seçilib

İdman | 13:31 • 6 Yanvar 2020
Kasper Şmeyhel Danimarkada ötən ilin ən yaxşı futbolçusu seçilib

İngiltərənin "Lester” futbol klubunun qapıçısı Kasper Şmeyhel Danimarkada ötən ilin ən yaxşı futbolçusu seçilib.


Xezerxeber.az xəbər verir ki, 33 yaşlı qolkiper "Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksen və "Borussiya Dortmund”un yarımmüdafiəçisi Tomas Delaneyı qabaqlayıb.


Şmeyhel üçün bu, ikinci belə mükafatdır. O, ilk dəfə 2016-cı ildə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Ötən il isə K.Eriksen bu ada layiq görülüb.

Xəbər lenti