Xəzər Xəbər

“Borussiya” futbolçusunu 20 milyon avroya satıb

İdman | 13:56 • 3 Yanvar 2020
“Borussiya” futbolçusunu 20 milyon avroya satıb

Almaniyanın "Borussiya” klubunun futbolçusu Yulian Vayql Dortmund təmsilçisini tərk edib.


Yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.


24 yaşlı futbolçu Lissabon 4,5 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər "Benfika”nın şərəfini qoruyacaq.


Portuqaliya təmsilçisi bu transferə görə "Borussiya”ya 20 milyon avro ödəyib. Y.Vayql 2015-ci ilin yayında "Münhen-1860”dan Dortmund klubuna cəmi 2,5 milyon avroya keçmişdi.


Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə üst-üstə 20 oyun keçirib və 1 qol vurub.

Xəbər lenti