Xəzər Xəbər

Hamit Altıntop: “Mərhələni Bakıdakı qardaşlarımızla birliklə adlamağı arzulayırıq”

İdman | 10:58 • 3 Yanvar 2020
Hamit Altıntop: “Mərhələni Bakıdakı qardaşlarımızla birliklə adlamağı arzulayırıq”

"Yaxşı qrupa düşmüşük”.


Bunu Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop deyib.


Hazırda Türkiyə Futbol Federasiyasında çalışan veteran AVRO-2020-nin final mərhələsi haqda fikirlərini açıqlayıb. O, "ay-ulduzlular”ın qrupdakı iki matçı Bakıda keçirməsindən də danışıb: "Çempionatın açılış oyununda iştirak etmək çox önəmlidir. Bu, həm də reklam baxımından rol oynayır. Bu məqamın motivasiya tərəfi də var. Qrupdan çıxmaq istəyirik. Mərhələni Bakıdakı qardaşlarımızla birliklə adlamağı arzulayırıq. Ən önəmlisi komandamızın irəliləməsidir. Baxışlarının artması, çalışmaq ehtiyaclarının daha çox olmasıdır. 6 qrupdan dörd 3-cü yer sahibi də 1/8 finala yüksələcək. Bu qarşılaşmaları da oynamaq lazımdır. Kağız üzərində olduğu kimi reallıqda da qrupdan çıxarıq”.


Qeyd edək ki, AVRO-2020-nin oyunları iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək. (Apasport.az)

Xəbər lenti