Xəzər Xəbər

Ən yaxşı bombardirlərin siyahısı açıqlanıb

İdman | 11:19 • 2 Yanvar 2020
Ən yaxşı bombardirlərin siyahısı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bir neçə gün əvvəl başa çatan 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahılarını açıqlayıb.


Üç müxtəlif nominasiya üzrə ən məhsuldar oyunçunu müəyyənləşdirib.


Milli çempionatlarda ən çox qol vuran futbolçu adına Abdelrazak Hamdallah layiq görülüb. O, "Əl-Nəsir” klubunun heyətində 53 qol vurub. Robert Levandovski ("Bavariya”) və Karlos Vela ("Los Anceles”) hərəyə 38 qol vuraraq 2-3-cü yerləri bölüşüb.


Beynəlxalq səviyyəli turnirlərin ən yaxşısı Kriştianu Ronaldo olub. O, milli komanda və qitə kuboklarındakı qol sayında 1-ci yeri tutub. Hesabında 21 top olan bombardir Portuqaliya millisində 14, "Yuventus”da 7 qola sevinib. BƏƏ yığmasında 19 qol vuran "Əl-Cəzirə”nin hücumçusu Əli Mabhut 2-cidir. İngiltərə millisində 12, "Tottenhem”də 7 dəfə fərqlənən Hari Keyn ilk "üçlüy”ü qapayır.


Beynəlxalq səviyyəli qollara 2, milli çempionatlardakı toplara görə 1 xalın hesablandığı ümumi sıralamada Robert Levandovski hamını arxada qoyub. Polşalının 70 (38+16x2) xalı var. Argentinalı Lionel Messi 63 xalla (37+13x2) 2019-cu ilin ikincisi olub. Mərakeşli Abdelrazak Hamdallah 3-cü yerlə kifayətlənib – 61 xal (53+4x2).

Xəbər lenti