Xəzər Xəbər

Mourinyo: "Eriksenin qərarını bilirəm"

İdman | 14:17 • 31 Dekabr 2019
Mourinyo: "Eriksenin qərarını bilirəm"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda müqaviləsi bitəcək Kristian Eriksenin gələcəyi barədə danışıb.

Portuqaliyalı mütəxəssis danimarkalı futbolçunun qərar verdiyini bildirib:

"Onunla üz-üzə əyləşib, dürüst şəkildə söhbət elədik. Danışıq zamanı bir-birimizə güvəndik. Onun nə qərar verdiyini artıq bilirəm, amma bunu söyləyə bilmərəm. Onun gələcəyi barədə açıqlamanı verən ilk şəxs mən olmamalıyam. Bu, onun özü şəxsi işləridir. Axı biz bir-birimiz güvənərək söhbət elədik".

27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

Xəbər lenti