Xəzər Xəbər

Kloppdan PSJ-yə rədd cavabı

İdman | 10:24 • 31 Dekabr 2019
Kloppdan PSJ-yə rədd cavabı

PSJ-nin idman direktoru Leonardo "Liverpul”un baş məşqçisi Yurgen Kloppla görüşüb.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ rəsmisinin almaniyalı mütəxəssisə komandanı çalışdırmağı təklif etdiyi, ancaq Kloppun bu təklifini rədd etdiyi bildirilir. O, "Liverpul”da hər şeydən razı olduğunu və ayrılmaq haqda düşünmədiyini deyib.

Qeyd edək ki, PSJ-in bu mövsüm Çempionlar Liqasında uğur əldə edə bilməyəcəyi təqdirdə baş məşqçi Tomas Tuxellə yollar ayrılacağı ehtimal olunur.

Xəbər lenti

Çox oxunanlar