Xəzər Xəbər

Pep Qvardioladan rekord göstərici

İdman | 17:27 • 30 Dekabr 2019
Pep Qvardioladan rekord göstərici

"Mançester Siti" İngiltərə Premyer Liqasının 20-ci turunda "Şeffild Yunayted"i 2:0 hesabı ilə məğlub edib.

 

Bu qələbə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola üçün xüsusi önəm daşıyıb. İspan mütəxəssis 100-cü qələbəni ən az oyuna qazanan baş məşqçi kimi Premyer Liqa tarixinə düşüb.

 

48 yaşlı çalışdırıcı 134-cü oyununda buna nail olub.

 

Daha öncəki rekord Joze Mourinyoya məxsus idi. Portuqaliyalı mütəxəssis 142-ci matçında 100-cü qələbəni qazanmışdı.

Xəbər lenti