Xəzər Xəbər

FİFA Blatter və Platinidən 2 milyon İsveçrə frankı tələb edir

İdman | 17:44 • 16 Dekabr 2019
FİFA Blatter və Platinidən 2 milyon İsveçrə frankı tələb edir

FİFA sabiq prezidenti Zepp Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platiniyə qarşı iddia qaldırıb.


Xezerxeber.az-ın məlumatına görə, assosiasiya onların 2 milyon İsveçrə frankını qaytarmasını tələb edir.


Z.Blatter bu məbləğdə vəsaiti 2011-ci ildə FİFA-nın hesabından qanunsuz şəkildə M.Platininin hesabına köçürüb.


2015-ci ilin sonunda hər iki rəsmi şəxs Etika Komitəsi tərəfindən futbol fəaliyyətindən uzaqlaşdırılıb.


Buna məhz 2011-ci ildə M.Platininin hesabına 2 milyon İsveçrə frankının köçürülməsi səbəb olub.

Xəbər lenti