Xəzər Xəbər

"Barselona"nın Martines transferi üçün ilk təklifi

İdman | 18:39 • 15 Dekabr 2019
"Barselona"nın Martines transferi üçün ilk təklifi

"Barselona" "İnter"dən Lautaro Martinesi transfer etmək istəyir.

"Sport" xəbər verir ki, Kataloniya klubunun idman direktoru Erik Abidal Milanda "İnter" rəsmiləri ilə görüşüb. "Göy-qaralar"ın argentinalı forvardın keçidi üçün "Barselona"dan pulıa yanaşı, İvan Rakitiçlə Arturo Vidalı tələb etdiyi bildirilir. Lataloniyalıların yalnız bir futbolçu verməyə hazır olduğu xəbərdə qeyd edilib.

"Barselona" cəbhəsi 70 milyon avro və Arturo Vidalı qarşı tərəfə təklif edib. Tərəflərin yaxın günlərdə yenidən görüşəcəyi gözlənilir.

22 yaşlı futbolçu bu mövsüm 20 oyuna 13 qol vurub, 3 assist edib. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin "İnter"lə müqaviləsi 2023-cü ilin yayında bitəcək. Onun sərbəst qalma dəyəri 111 milyon avrodur.

Xəbər lenti