Xəzər Xəbər

"Liverpul" tarixinin ilk yaponiyalı futbolçusu olacaq

İdman | 15:02 • 15 Dekabr 2019
"Liverpul" tarixinin ilk yaponiyalı futbolçusu olacaq

Avstriyanın "Zalsburq" klubunun futbolçusu Takumi Minaminonun qışda "Liverpul"a transfer olacağı gözlənilir.

"Qırmızılar" yaponiyalı futbolçunun 7,25 milyon funt-sterlinqlik sərbəst qalma dəyərini ödəyəcək. Klublar ötən aydan danışıqlara başlayıb və bu keçidin qısa müdətdə tamamlanacağı gözlənilir.

"Liverpul" Minaminonun transferində "Mançester Yunayted"lə yarışır. Mersisaydlılar bu transferi həll etsə, Minamino klub tarixinin ilk yaponiyalı futbolçusu olacaq.

Yaponiya millisinin üzvü 2014/15 mövsümündən "Zalsburq"da çıxış edir. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm 20 oyuna 7 qol vurub, 5 assist edib.

Xəbər lenti

Çox oxunanlar