Xəzər Xəbər

"Milan"dan türk futbolçuya yeni müqavilə

İdman | 15:21 • 13 Dekabr 2019
"Milan"dan türk futbolçuya yeni müqavilə

"Milan" futbolçusu Hakan Çalhanoğlu ilə müqavilənin müddətini uzatmaq istəyir.

Bununla bağlı artıq danışıqlara başlanılıb. Türkiyə millisinin üzvünün meneceri Bektaş Demirtaş və klub nümayəndələri görüşüb və yeni müqavilə təklifini müzakirə ediblər. Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi bu təklifə müsbət cavab verəcəyi təqdirdə, ilinə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, H.Çaldanoğlu bu mövsüm 14 matçda oynayıb. Onun A seriyası təmsilçisi ilə hazırkı müqaviləsi 2021-ci ilin iyunu başa çatır.

Xəbər lenti