Xəzər Xəbər

Didye Deşamla kontraktın müddəti uzadılıb

İdman | 13:41 • 11 Dekabr 2019
Didye Deşamla kontraktın müddəti uzadılıb

Futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam Fransa Futbol Federasiyası ilə kontraktın müddətinin 2022-ci il dünya çempionatının sonuna qədər uzadıb.


Xezerxeber.az xəbər verir ki, 51 yaşlı Deşamın köməkçiləri Qay Stefan və Frank Ravyo da öz kontraktlarının müddətinin 2022-ci il dünya çempionatının sonuna qədər uzadıblar.


Deşam Fransanın yığmasının baş məşqçisi vəzifəsinə 2012-ci ilin yayında təyin edilib. Mütəxəssis artıq üçüncü dəfədir ki, Federasiya ilə sazişin müddətini artırır. Bundan əvvəl o, iki dəfə (2015-ci və 2017-ci illərdə) kontraktın müddətini uzatmışdı. Onun rəhbərliyi ilə komanda 100 matç keçirib, bu matçlardan 65-də Fransa yığması qələbə qazanıb, 12 oyun heç-heçə başa çatıb, 17 görüşdə yığma məğlub olub. Deşam milli yığmanın rəhbəri kimi qazandığı qələbələrin sayına görə liderdir.


2018-ci il dünya çempionatında Fransa yığması Deşamın rəhbərliyi ilə finala çıxıb, bu mərhələdə Xorvatiya yığmasına qalib gələrək tarixdə ikinci dəfə dünya çempionu olub. Beləliklə, Deşam Mario Zaqallo və Frans Bekkenbauerdən sonra üçüncü şəxsdir ki, həm komandanın kapitanı, həm də baş məşqçi kimi dünya çempionatında qalib gəlib.

Xəbər lenti