Xəzər Xəbər

"Barselona" 17 yaşlı futbolçuya 170 milyon avro qiymət qoydu

İdman | 15:46 • 5 Dekabr 2019
"Barselona" 17 yaşlı futbolçuya

"Barselona" gənc futbolçusu Ansu Fati ilə yeni müqavilə imzalayıb.


XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atıb.


Kataloniya təmsilçisinin ispan oyunçu ilə bu müddəti daha 2 il uzatmaq imkanın olduğu bildirilib. Fatinin sərbəst qalma qiyməti 100 milyon avrodan 170 milyon avroya qaldırılıb.


Qeyd edək ki, Fati bu mövsüm "Barselona"nın əsas heyətində 11 rəsmi matça çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti