Xəzər Xəbər

"Mançester Siti"nin rəhbərliyi 8-ci futbol klubunu aldı

İdman | 17:01 • 29 Noyabr 2019
"Mançester Siti"nin rəhbərliyi 8-ci futbol klubunu aldı

"Mançester Siti"nin rəhbərliyi daha bir futbol klubu alıb.


"City Football Group" Hindistanda çempionatında çıxış edən "Mumbai Siti" klubunun səhmlərinin 65 faizinə sahib çıxıb.


Bu "City Football Group" korporasiyasına daxil edilən 8-ci klub olub. Şirkət "Mançester Siti" ilə yanaşı, "Nyu-York Siti" (ABŞ), "Melburn" (Avstraliya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Yokohama Marinos" (Yaponiya), "Siçuan" (Çin) klublarına da sahibdi.


Qeyd edək ki, "Mançester Siti"nin sahibi Şeyx Mansur kimi tanınan Mansur ibn Zayd əl-Nahyandı.


Fanat.Az

Xəbər lenti