Xəzər Xəbər

Mbappenin gələn mövsüm oynayacağı klub açıqlandı

İdman | 16:56 • 29 Noyabr 2019
Mbappenin gələn mövsüm oynayacağı klub açıqlandı

PSJ-nin ulduzu Kilian Mbappenin gələn mövsüm oynayacağı klub açıqlanıb.


Bu baradə Paris klubunun idman direktoru Leonardo Araujo açıqlama verib.


Onun sözlərinə görə, 20 yaşlı ulduz PSJ-də qalacaq: "Mbappe 100 faiz PSJ-də qalacaq"


Gənc hücumçu ilə müqaviləni yeniləmək istədiklərini bildirən Leonardo yeni "Yavaş-yavaş da olsa, irəliləyərik" deyib.


Qeyd edək ki, "Real"ın transfer etmək istədiyi Mbappe PSJ-yə 2017-ci ildə "Monako"dan keçib. İlk mövsümdə icarə haqqı olaraq 35 milyon avro ödənilən futbolçunun transfer hüqunu Paris klubu 2018-ci ilin yayında 145 milyon avro ödəyib (ümumilikdə 180 milyon avro). Mbappe cari mövsümdə oynadığı 13 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti