Xəzər Xəbər

Bonuççi Mourinyodan qorxur

İdman | 16:26 • 29 Noyabr 2019
Bonuççi Mourinyodan qorxur

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi Çempionlar Liqasının pley-off mərhələsində onlar üçün arzuolunmaz rəqibin adını açıqlayıb.

32 yaşlı müdafiəçi 1/8 finalda "Tottenhem"lə düşmək istəmir: "Tottenhem"lə görüşmək istəməzdik. Bəzi matçlarda Mourinyo komandasına əlavə nəsə qata bilir. Fevral və mart aylarına qədər hələ çox vaxt var. Mourinyo oyunçularına pley-off matçlarında necə kömək edəcəyini yaxşı bilir. Ronaldo ilə bağlı vəziyyətə gəlincə, hər şeyi müzakirə etdik və aydınlaşdırdıq. Kimsə yaxşı durumda olmadıqda onu daim əvəz etməyə hazır olan başqa oyunçunun olması vacibdir".

Xatırladaq ki, 5 turda 13 xal toplayan "Yuventus" D qrupuna liderlik edir.

Xəbər lenti