Xəzər Xəbər

"Arsenal" Emeri ilə yolları ayırdı - RƏSMİ

İdman | 16:22 • 29 Noyabr 2019
"Arsenal" Emeri ilə yolları ayırdı - RƏSMİ

İngiltərənin "Arsenal" klubu baş məşqçi Unay Emeri ilə yolları ayırdığını açıqlayıb.

Klubu müvəqqəti olaraq Fredrik Yunberq çalışdıracaq.

Londonlular bütün turnirlər daxil ardıcıl 7 matçda qələbə qazana bilməyiblər. Bu 27 il ərzində ən pis nəticədir. Arsen Vengerin rəhbərliyi altında 22 il (1996-2018-ci illərdə) komandada oxşar seriya qeydə alınmayıb.

Emeri 2018-ci ilin yazından "Arsenal"ı çalışdırırdı. 2018/19 mövsümündə komandanı Avropa Liqasının finalına yüksəltsə də, Bakıda keçirilən final matçında "topçular" "Çelsi"yə məğlub olub (1: 4).

Ötən mövsümİngiltərə çempionatında beşinci olan "Arsenal" cari mövsümdə 13 turdan sonra 18 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşırlar.

Xəbər lenti