Xəzər Xəbər

32 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixinə düşdü

İdman | 15:22 • 28 Noyabr 2019
32 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixinə düşdü

Almaniyanın "Leypsiq" klubunun baş məşqçisi Yulian Nagelsman Çempionlar Liqasının tarixinə düşüb.


Alman mütəxəssis turnirin "pley-off" mərhələsinə vəsiqə qazanan ən gənc baş məşqçi olub. O, bu uğura 32 yaş 4 ay 4 günündə imza atıb.


Qeyd edək ki, "Leypsiq" ötən axşam "Benfika" ilə ev oyununda 90-cı dəqiqəqəyə qədər 0:2 hesabı ilə geridə olsa da, məğlubiyyətdən qaçaraq (2:2) 1/8 inala çıxıb. Nagelsmanın rəhbərlik etdiyi komanda 5 turdan sonra G qrupunda birinci pillədə qərarlaşıb. Rusiya "Zenit"i və Fransa "Lion"unun 7, "Benfika"nın isə 4 xalı var. Yulian Nagelsman"Leyptsiq"ə bu ilin yayından rəhbərlik edir.


Fanat.Az


Xəbər lenti

Çox oxunanlar