Xəzər Xəbər

Klinsmannın yeni iş yeri müəyyənləşdi

İdman | 13:03 • 28 Noyabr 2019
Klinsmannın yeni iş yeri müəyyənləşdi

Almaniya millisinin sabiq baş məşqçisi Yurgen Klinsmannın yeni iş yeri məlum olub.

55 yaşlı mütəxəssis "Herta”nı çalışdıracaq. Bundesliqa təmsilçisinin rəsmi saytı Ante Çoviçlə yolların ayrıldığını və onun Klinsmannla əvəzləndiyini açıqlayıb.

Amaniya millisinin sabiq hücumçusu Bundestimdən başqa, ABŞ millisi və "Bavariya”nı da çalışdırıb.

Xəbər lenti