Xəzər Xəbər

"Real"da Hazard şoku

İdman | 21:16 • 27 Noyabr 2019
"Real"da Hazard şoku

"Real"ın ulduz futbolçusu Eden Hazard Çempionlar Liqasının qrup mərhələsinin V turunda PSJ ilə oyunda zədələnib.

Qarşılaşmanın 69-cu dəqiqəsində zədələnərək əvəzlənən belçikalının durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. Mətbuat Hazardın uzun müddət komandadan ayrı qala biləcəyini yazır.Topuq nahiyəsindəki zədə ilə bağlı həkimlərin şübhəsi özünü doğrultsa, Azar əməliyyat olunacaq. Bu halda futbolçu 4-6 ay yaşıl meydanlardan uza qala bilər.

"Real Madrid" - PSJ matçı isə 2:2 hesablı bərabərliklə başa çatıb.

Xəbər lenti