Xəzər Xəbər

"Messi, Suares və Dembeleni anlaya bilmirəm" Qrizmanndan etiraf

İdman | 21:09 • 27 Noyabr 2019
"Messi, Suares və Dembeleni anlaya bilmirəm"

"Barselona”nın futbolçusu Antuan Qrizman hələ də komandaya tam adaptasiya ola bilməyib.


"Marca" xəbər verir ki, Qrizman bildirib ki, komanda yoldaşları ilə tam anlaşma əldə etməkdə çətinlik çəkir:


"Mən hələ də Messi, Suares və Dembelenin hərəkətlərini anlaya bilmirəm. Bu da mənə çətinlik yaradır.Belə məqamda, top səndə olarkən özünəinam hissi olmur. Özünəinam hissi olmayanda da qapıya zərbə endirəndə və ya ötürmə verəndə səhvə yol verirsən.Komandaya yayda gəlmişəm, mövsüm uzundur. Komanda yoldaşlarımla tam anlaşmaq, "Barsa”nın oyun fəlsəfəsini mənimsəmək üçün vaxtım var”.

Xəbər lenti