Xəzər Xəbər

İbrahimoviç klub aldı

İdman | 17:41 • 27 Noyabr 2019
İbrahimoviç klub aldı

İsveç milliisinin sabiq üzvü Zlatan İbrahimoviç vətənində futbol klubunun səhmlərinin bir hissəsini satın alıb.


Ulduz futbolçu "Hammarbü"nün səhmlərinə sahib çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


38 yaşlı hücumçu "Hammarbü"nün həm Stokholmda, həm də İsveçdə çox hörmət edilən və ehtiraslı azarkeşləri olan fantastik klub olduğunu söyləyib: "Həmişə bu klubu və fanatlarını bəyənmişəm. Komandanın son illər meydanda və kənarda gördüyü işlərə heyranam".


Qeyd edək ki, son olaraq ABŞ-ın "Los Anceles Qelaksi” klubunda çıxış etmiş Zlatan İbrahimoviç hazırda klubsuzdu. İsveç çempionatı noyabrın əvvəlində başa çatıb. "Hammarbü" yarışı 65 xalla 3-cü pillədə bitirib.


Fanat.Az

Xəbər lenti