Xəzər Xəbər

Messi 700-cü oyununa çıxır

İdman | 16:43 • 27 Noyabr 2019
Messi 700-cü oyununa çıxır

"Barselona”nın futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda bu gecə keçiriləcək "Borussiya” (Dortmund) ilə matç əlamətdar olacaq.

Argentinalı hücumçu bu görüşlə Kataloniya klubunda 700-cü oyununa çıxacaq. 32 yaşlı fubolçu La Liqa təmsilçisinin tarixində bu rəqəmə çatan ikinci oyunçu olacaq. "Barselona"da ən çox oyun keçirən futbolçusu Xavi Hernandesdir (746).

Qeyd edək ki, L.Messinin Kataloniya klubunun heyətində çıxdığı ilk rəsmi görüş 2004-cü ildə "Espanyol”la matç olub.

Xəbər lenti