Xəzər Xəbər

Robert Levandovski UEFA Çempionlar Liqasıda yeni rekord müəyyənləşdirib

İdman | 14:16 • 27 Noyabr 2019
Robert Levandovski UEFA Çempionlar Liqasıda yeni rekord müəyyənləşdirib

Almaniyanın "Bavariya” futbol klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasıda yeni rekord müəyyənləşdirib.


Xezerxeber.az xəbər verir ki, 31 yaşlı polşalı hücumçunun rekordu UEFA Çempionlar Liqasının 5-ci turunda "Srvena Zvezda”nı 6:0 hesabı ilə məğlub etdikləri oyunda qeydə alınıb.


R.Levandovski 14 dəqiqə 31 saniyəyə 4 qol vuraraq qitənin ən nüfuzlu futbol turniri tarixində ən qısa zamanda poker edən futbolçu olub.


Qeyd edək ki, polşalı hücumçu cari mövsümdə UEFA Çempionlar Liqasında 10 qol vuraraq turnirin bombardiridir.

Xəbər lenti