Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb.
XəzərXəbər xəbər verir ki, ilin ən yaxşı hakimi sloveniyalı Damir Skomina seçilib.
Almaniyalı Feliks Brix 2-ci, üçüncü isə Niderlanddan Byörn Kuypersdir.
Türkiyəli FİFA referisi Cüneyt Çakır isə 5-ci sırada qərarlaşıb.
İlk 10-luq
1 Damir Skomina (Sloveniya) – 136 səs
2 Feliks Brix (Almaniya) – 129
3 Byörn Kuypers (Hollandiya) – 61
4 Canluka Rokki (İtaliya) – 58
5 Cüneyt Çakır (Türkiyə) – 47
6 Nestor Pitana (Argentina) – 38
7 Antonio Mateu Lahoz (İspaniya) – 23
8 Klemen Turpin (Fransa) – 23
9 Martin Atkinson (İngiltərə) – 21
10 Maykl Oliver (İngiltərə) -18